...

Bakıda Futzal üzrə Avropa çempionatının seçmə mərhələsinin oyunlarına start verilib

Cəmiyyət Materials 24 Fevral 2011 18:39 (UTC +04:00)
Avropa çempionatında iştirak üçün keçirilən turnirdə Azərbaycanın yer aldığı 1-ci seçmə qrupda İspaniya, Fransa və Qazaxıstan mübarizə aparır.
Bakıda Futzal üzrə Avropa çempionatının seçmə mərhələsinin oyunlarına start verilib

Azərbaycan, Bakı, 24 fevral /Trend, müxbir M.Əliyev/

Futzal üzrə Avropa çempionatının seçmə mərhələsinin Bakıda keçirilən 1-ci qrupunun oyunlarına cümə axşamı start verilib. Bakı İdman Sarayında keçirilən günün ilk oyununda İspaniya və Fransa milli komandaları qarşılaşır.

Avropa çempionatında iştirak üçün keçirilən turnirdə Azərbaycanın yer aldığı 1-ci seçmə qrupda İspaniya, Fransa və Qazaxıstan mübarizə aparır.

Xorvatiyada 2012-ci ildə keçiriləcək Avropa çempionatında ev sahibindən başqa, 6 seçmə qrupun qalibləri və 5 ən yaxşı qrup ikincisi vəsiqə qazanacaq.

Azərbaycan qrupda ilk oyununu cümə axşamı Qazaxıstana qarşı, ikinci oyununu fevralın 25-də Fransaya, üçüncü oyununu isə fevralın 27-də İspaniyaya qarşı keçirəcək. Millinin oyunları Bakı İdman Sarayında saat 21:00-da keçiriləcək.

Xəbər lenti

Xəbər lenti