...

Türkiyənin Azərbaycandakı səfirliyi Xocalı faciəsinin 19-cu ildönümünü qeyd edib

Cəmiyyət Materials 26 Fevral 2011 17:44 (UTC +04:00)
Şənbə günü Türkiyənin Azərbaycandakı səfirliyi Xocalı faciəsinin 19-cu ildönümünü qeyd edib.
Türkiyənin Azərbaycandakı səfirliyi Xocalı faciəsinin 19-cu ildönümünü qeyd edib

Azərbaycan, Bakı, 26 fevral/Trend, müxbir A.Axundov/

Şənbə günü Türkiyənin Azərbaycandakı səfirliyi Xocalı faciəsinin 19-cu ildönümünü qeyd edib.
Tədbirdə Türkiyə tarixçisi Hikmət Özdəmir "Ermənilərin fəaliyyəti: 1915-2015-ci illər" mövzusunda təqdimat keçirib. O, təqdimat zamanı 1992-ci ilin fevralında Azərbaycanın Xocalı şəhərində və 1915-ci ildə Şərqi Anadoluda baş verən hadisələr arasında paralellik aparıb.
Tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıc, Milli Məclisin deputatı Nizami Cəfərov, Azərbaycan və Türkiyə alimləri iştirak ediblər.

1992-ci il fevral ayının 25-26-da erməni silahlı birləşmələri Xankəndidə yerləşən Rusiyaya məxsus 366-cı alayın köməyi ilə azərbaycanlılar yaşayan Xocalı şəhərinə hücum edərək dinc əhaliyə qarşı xüsusi qəddarlıqla müşayiət olunan soyqırım aktını həyata keçiriblər. Bu faciə nəticəsində 613 dinc sakin qətlə yetirilib, 487 nəfər yaralanıb, 1275 nəfər isə əsir götürülüb. Onlardan bir çoxu əsirlikdən qayıtmayıb və sonrakı taleyi barədə hər hansı məlumat yoxdur. 366-cı alay Xankəndidən çıxarıldıqdan sonra bu hərbi hissəyə məxsus silahlı texnikanın mühüm hissəsi erməni separatçılarına verilib.

Xəbər lenti

Xəbər lenti