...

Bakı Dövlət Universitetində Ekologiya və torpaqşünaslıq fakültəsi açılıb (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 3 Mart 2011 16:07 (UTC +04:00)
Bakı Dövlət Universitetində (BDU) cümə axşamı Ekologiya və torpaqşünaslıq fakültəsinin açılış mərasimi olub.
Bakı Dövlət Universitetində Ekologiya və torpaqşünaslıq fakültəsi açılıb (ƏLAVƏ OLUNUB)

Son 2 absaz əlavə olunub (ilk xəbər saat 15:16-da yayılıb)

Azərbaycan, Bakı, 3 mart /Trend, müxbir M.Əliyev/

Bakı Dövlət Universitetində (BDU) cümə axşamı Ekologiya və torpaqşünaslıq fakültəsinin açılış mərasimi olub.

Universitetin rektoru Abel Məhərrəmov açılış mərasimində bildirib ki, əvvəllər ekologiyaya dar çərçivədən baxılırdısa, hazırda onun bir elm kimi araşdırılmasının zəruriliyi ortaya çıxıb.

BDU-da yeni yaradılmış fakültədə bakalavr pilləsində 3 ixtisas üzrə kadr hazırlanacaq - ekologiya; torpaqşüaslıq və aqrokimya; yer quruluşu, torpaq və şəhər kadastrı.

Fakültə nəzdində Ekoloji monitorinq, Ekoloji kimya və ətraf mühitin mühafizəsi elmi-tədqiqat laboratoriyaları və kompüter otağı fəaliyyət göstərir.

Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov tərəfindən Cənubi Amerika və Afrika qitələrinə ilk Elmi-İdman ekspedisiyaları zamanı toplanılmış unikal biomüxtəliflik nümunələri kolleksiyası Bakı Dövlət Universitetinin "Təkamül Təlimi Muzeyi"nə hədiyyə edilib.

Ekologiya və torpaqşünaslıq fakültəsinin açılışı ilə əlaqədar keçirilən tədbirdə BDU-nun muzeyinə hədiyyə olunmuş Kilimancarodan toplanılmış 41 növ bitki, 9 növ həşərat, And dağlarından toplanmış 20 növ bitki əsasında hazırlanmış biomüxtəliflik nümunələri ilə tanışlıq keçirilib.

Xəbər lenti

Xəbər lenti