...

Sabah Bakıda yağmursuz hava şəraiti gözlənilir

Cəmiyyət Materials 4 Mart 2011 11:37 (UTC +04:00)
Sabah Bakıda yağmursuz hava şəraiti gözlənilir.
Sabah Bakıda yağmursuz hava şəraiti  gözlənilir

Azərbaycan, Bakı, 4 mart /Trend, müxbir K.Zərbalıyeva/

Sabah Bakıda yağmursuz hava şəraiti gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, martın 5-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Martın 4-dən 5-nə keçən gecə havanın yarımadanın bəzi yerlərində az yağıntılı olacağı ehtimalı var. Şimal küləyi əsəcək, gündüz cənub-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 1-3, gündüz 6-9 dərəcə isti təşkil edəcək.

Martın 5-də bəzi şərq rayonlarında hava şəraitinin gecə və səhər yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir.

Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Cənub-qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 0-4, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 4-9 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti təşkil edəcək.

Xəbər lenti

Xəbər lenti