...

Azərbaycan hökuməti doktoranturaya qəbul planını qismən təsdiq edib

Cəmiyyət Materials 9 Mart 2011 15:45 (UTC +04:00)
Azərbaycan hökuməti doktoranturaya qəbul planını qismən təsdiq edib. Bu barədə çərşənbə günü Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti Arif Haşımov məlumat verib.
Azərbaycan hökuməti doktoranturaya qəbul planını qismən təsdiq edib

Azərbaycan, Bakı, 9 mart /Trend, müxbir M.Əliyev/

Azərbaycan hökuməti doktoranturaya qəbul planını qismən təsdiq edib. Bu barədə çərşənbə günü Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti Arif Haşımov məlumat verib.

Onun sözlərinə görə, Nazirlər Kabineti AMEA strukturunda və digər təşkilatlarda doktoranturaya qəbul planını təsdiq edib, Təhsil Nazirliyinin təklifləri isə təsdiqlənməmiş qalır.

AMEA-da əyani əsasda fəlsəfə elmləri doktoru dərəcəsi üzrə 176 yer, qiyabi əsasda 36 yer, AMEA-ya daxil olmayan digər təşkilatlarda əyani əsasda fəlsəfə elmləri doktoru dərəcəsi üzrə 108 yer, qiyabi əsasda 81 yer, əyani əsasda elmlər doktoru dərəcəsi üzrə 18 yer, qiyabi əsasda 30 yer ayrılıb.

Haşımovun sözlərinə görə, Nazirlər Kabineti tərəfindən doktoranturaya qəbul Təhsil Nazirliyinin təkliflərinin təsdiq edilməsindən sonra elan oluna bilər.

Xəbər lenti

Xəbər lenti