...

Azərbaycan Elmin İnkişafı Fondu ABŞ ilə birgə müsabiqələrin idarə olunmasını avtomatlaşdıracaq (FOTO)

Cəmiyyət Materials 9 Mart 2011 18:11 (UTC +04:00)
Azərbaycan Elmin İnkişafı Fondu müsabiqələrin və qrantların idarə olunmasının tamamilə avtomatlaşdırılması və onlayn rejimə keçirilməsini ABŞ Milli Elm Fondu ilə birgə yerinə yetirməyi planlaşdırır.
Azərbaycan Elmin İnkişafı Fondu ABŞ ilə birgə müsabiqələrin idarə olunmasını avtomatlaşdıracaq (FOTO)

Azərbaycan, Bakı, 9 mart /Trend, müxbir M.Əliyev/

Azərbaycan Elmin İnkişafı Fondu müsabiqələrin və qrantların idarə olunmasının tamamilə avtomatlaşdırılması və onlayn rejimə keçirilməsini ABŞ Milli Elm Fondu ilə birgə yerinə yetirməyi planlaşdırır. Trend-in məlumatına görə, bu barədə Elmin İnkişafı Fondundan çərşənbə günü bildiriblər.

ABŞ-ın elmi məsələlər üzrə xüsusi elçisi, kimyaçı-mühəndis və "Lehigh" Universitetinin prezidenti Elis Qast (Alice Gast) və nümayəndə heyətinin üzvlərinin Elmin İnkişafı Fondunda görüşü zaman ABŞ-ın müvafiq qurumları ilə əməkdaşlıq məsələləri müzakirə olunub. Prioritetlər sırasında ABŞ Mülki Tədqiqatlar və İnkişaf Fondu (CRDF), ABŞ Milli Elm Fondu (NSF) ilə səmərəli əlaqələrin qurulması qeyd olunub.

Görüşdə Elis Qast elmi nəticələrin iqtisadiyyatda və istehsalatda tətbiqi, innovativ ideyaların həyata keçirilməsi, elmi nəticələr əsasında bilavasitə Azərbaycanda istehsal prosesinə nail olmaq, enerji, informasiya texnologiyaları və nanotexnologiyalar istiqamətlərinə diqqət yetirilməsi, beynəlxalq əlaqələri genişləndirmək kimi tövsiyələr verib, bu işdə yardımçı olacaqlarını bildirib.

Xəbər lenti

Xəbər lenti