...

Sabah Azərbaycanda hava şəraiti əsasən yağmursuz keçəcək

Cəmiyyət Materials 15 Mart 2011 11:35 (UTC +04:00)
Sabah Azərbaycanda hava şəraiti əsasən yağmursuz keçəcək. Bu barədə çərşənbə axşamı Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.
Sabah Azərbaycanda hava şəraiti əsasən yağmursuz keçəcək

Azərbaycan, Bakı, 15 mart /Trend, müxbir M.Əliyev/

Sabah Azərbaycanda hava şəraiti əsasən yağmursuz keçəcək. Bu barədə çərşənbə axşamı Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Bakıda və Abşeron yarımadasında martın 16-da hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuzolacağı gözlənilir. Mülayim cənub küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 2-4, gündüz 9-12 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında martın 16-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Cənub-qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 2-6, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti təşkil edəcək.

Xəbər lenti

Xəbər lenti