...

2010-cu ildə Azərbaycanla Rusiya arasında 50 dustağın mübadiləsi aparılıb

Cəmiyyət Materials 16 Mart 2011 10:56 (UTC +04:00)
2010-cu ildə Azərbaycanla Rusiya arasında 50 dustağın mübadiləsi aparılıb. Bu barədə çərşənbə günü Trend-ə Bakıda səfərdə olan RF Ədliyyə Nazirliyinin Cəzaların İcrası Federal Xidmətinin direktoru Aleksandr Reymer məlumat verib.
2010-cu ildə Azərbaycanla Rusiya arasında 50 dustağın mübadiləsi aparılıb

Azərbaycan, Bakı, 16 mart /Trend, müxbir M.Əliyev/

2010-cu ildə Azərbaycanla Rusiya arasında 50 dustağın mübadiləsi aparılıb. Bu barədə çərşənbə günü Trend-ə Bakıda səfərdə olan RF Ədliyyə Nazirliyinin Cəzaların İcrası Federal Xidmətinin direktoru Aleksandr Reymer məlumat verib.

Reymer Azərbaycana səfərinin məqsədinin Azərbaycanla Rusiyanın penitensiar xidmətləri arasında qurulan münasibətlərin inkişaf etdirilməsi olduğunu bildirib.

Onun sözlərinə görə, Rusiyanın Cəzaların İcrası Federal Akademiyasında Azərbaycanın penitensiar xidməti üçün kadrlar hazırlanır. Hər iki ölkə müntəzəm şəkildə gələcəkdə onlara kəsilən cəzanı çəkmək üçün dustaqların mübadiləsini də aparır.

Reymerin Azərbaycana səfəri martın 15-də başlayıb və martın 18-dək davam edəcək. Səfər zamanı o, Azərbaycanın Ədliyyə Nazirliyində görüşlər keçirəcək.

Çərşənbə günü Reymer Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib.

Xəbər lenti

Xəbər lenti