...

Şeyxülislam Allahşükür Paşazadə Şimali Qafqaza səfəri çərçivəsində bir sıra tədbirlərdə iştirak edib

Cəmiyyət Materials 18 Mart 2011 11:32 (UTC +04:00)
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə Şimali Qafqaza səfəri çərçivəsində bir sıra tədbirlərdə iştirak edib.
Şeyxülislam Allahşükür Paşazadə Şimali Qafqaza səfəri çərçivəsində bir sıra tədbirlərdə iştirak edib

Azərbaycan, Bakı, 18 mart /Trend, müxbir M.Əliyev/

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə Şimali Qafqaza səfəri çərçivəsində bir sıra tədbirlərdə iştirak edib. Trend-in məlumatına görə, bu barədə cümə günü QMİ-nin mətbuat xidmətindən bildiriblər.

Allahşükür Paşazadənin başçılıq etdiyi nümayəndə heyəti Rusiya Federasiyasının Kabarda-Balkar Respublikasın paytaxtı Nalçik şəhərində dini-tədris kompleksinin təməlqoyma mərasimində iştirak edib. Mərasimdə Paşazadə məzhəbindən asılı olmayaraq, qafqazlı gənclərin İslamın müqəddəs dəyərlərinə yiyələnməsi üçün belə bir tədris mərkəzinin yaradılmasından olduqca fərəhləndiyini bildirib.

Şeyxülislamın başçılıq etdiyi nümayəndə heyəti Qaraçay-Çərkəz Respublikasının paytaxtı Çerkessk şəhərində müsəlmanların VIII hesabat-seçki qurultayının işinə qatılıb. Qurultayda ekstremizm, radikallıq və terrorçuluq kimi İslamla bir araya sığmayan halların aradan qaldırılmasında siyasi, ictimai və din xadimlərinin, habelə Qafqazda uca tutulan ağsaqqalların birgə səylərinin vacibliyini xüsusi vurğulayan Paşazadə məhz bunun sayəsində dinc, əmin Qafqaz Evinin qurula biləcəyinə inandığını qurultay iştirakçılarının diqqətinə çatdırıb.

QMİ-nin nümayəndə heyəti Şimali Osetiya-Alaniya Respublikasına səfər zamanı müsəlmanların qurultayında iştirak edib. Şeyxülislam təklif edib ki, Rusiya dövlətinə Şimali Qafqaz müsəlmanlarının mənəvi həyatına göstərdiyi qayğı və diqqətə görə 3 gün ərzində 3 qurultay keçirmiş Qafqazın din xadimləri adından təşəkkür məktubu göndərilsin.

Qurultayda Hacımurad Qatsalov yekdilliklə Şimali Osetiya-Alaniya müsəlmanlarının dini rəhbəri vəzifəsinə seçilib.

Xəbər lenti

Xəbər lenti