...

Azərbaycanda sabah hava şəraiti dəyişkən buludlu olacaq

Cəmiyyət Materials 28 Mart 2011 12:11 (UTC +04:00)
Azərbaycanda sabah hava şəraiti dəyişkən buludlu olacaq
Azərbaycanda sabah hava şəraiti dəyişkən buludlu olacaq

Azərbaycan, Bakı, 28 mart /Trend, müxbir M.Əliyev/

Azərbaycanda sabah hava şəraiti dəyişkən buludlu olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən bazar ertəsi Trend-ə bildirilib ki, Bakıda və Abşeron yarımadasında martın 29-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər zəif duman olacaq. Mülayim şimal küləyi əsəcək.

Havanın temperaturu gecə 4-6 dərəcə isti, gündüz 12-15 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında martın 29-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 3-7 dərəcə isti, gündüz 14-18 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə isti, gündüz 8-12 dərəcə isti təşkil edəcək.

Xəbər lenti

Xəbər lenti