...

Azərbaycan Ədliyyə Nazirliyi işləmək üçün gənc kadrlar axtarır

Cəmiyyət Materials 31 Mart 2011 11:00 (UTC +04:00)
Ədliyyə Nazirliyi icra, penitensiar, tibb xidmətlərində, regional ədliyyə və qeydiyyat şöbələrində işləmək üçün gənc kadrlar axtarır.
Azərbaycan Ədliyyə Nazirliyi işləmək üçün gənc kadrlar axtarır

Azərbaycan, Bakı, 31 mart /Trend, müxbir K.Zərbalıyeva/

Ədliyyə Nazirliyi icra, penitensiar, tibb xidmətlərində, regional ədliyyə və qeydiyyat şöbələrində işləmək üçün gənc kadrlar axtarır.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, işə qəbulla bağlı elan olunmuş müsabiqələrdə iştirak üçün penitensiar xidmətə hərbi, psixologiya, bədən tərbiyəsi və idman, tibb xidmətinə həkim-ftiziatr, həkim-psixiatr-narkoloq, həkim-anestezioloq-reanimatoloq, həkim-cərrah və orta tibb və s. ixtisaslı şəxslər sənədlərini təqdim edə bilərlər.

Nazirliyə, penitensiar və tibb xidmətlərinə qulluğa qəbulla əlaqədar aidiyyəti məsələlərlə, o cümlədən tələb olunan sənədlərin siyahısı ilə bağlı 430-01-18, 430-11-05, Nazirliyin Penitensiar xidməti üzrə www.penitensiar.justice.gov.az, 498-00-67, 493-64-41, Nazirliyin Tibb xidməti üzrə 493-06-50, 493-30-91 nömrələri ilə əlaqə saxlaya bilərlər.

Nazirlikdən bildirilib ki, ədliyyə orqanlarında çalışmağa xüsusi maraq göstərənlərin tam əksəriyyəti gənclərdir.

Bütövlükdə, ədliyyə işçilərinin iki-üç nəfərdən birini gənclər təşkil edir.

Ötən dövrdə kütləvi informasiya vasitələrində verilən məlumatlara əsasən, açıq müsabiqə və müsahibələrdə 3000-dən çox şəxs iştirak edib, sənədləri yoxlanılmış və sınaqlardan uğurla çıxmış 1000 nəfərə yaxın gənc barəsində təyinatlar aparılıb.

Qulluğa qəbul edilən gənclər hazırda regional ədliyyə, qeydiyyat şöbələrində, həmçinin penitensiar, tibb, icra xidmətlərində və digər ədliyyə sahələrində uğurla fəaliyyət göstərirlər.

2006-cı ildən etibarən qanunvericiliyə əsasən, ədliyyə orqanlarına qulluğa qəbulun test imtahanı yolu ilə həyata keçirilməsinə, 2009-cu ildən isə müsabiqə qaliblərinin peşə fəaliyyətinə buraxılması məqsədilə Ədliyyə Akademiyasına icbari təlimə cəlb olunmasına başlanılıb.

Xəbər lenti

Xəbər lenti