...

Dünya Paralimpiya oyunlarında Azərbaycan cüdoçuları iki qızıl medal qazanıblar (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 7 Aprel 2011 20:33 (UTC +04:00)
Türkiyənin Antalya şəhərində keçirilən Dünya Oyunlarında cümə axşamı idmançımız Tofiq Məmmədov cüdo idman növü üzrə yarışda qızıl medala layiq görülüb. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Milli Paralimpiya Komitəsinin məlumatında deyilir.
Dünya Paralimpiya oyunlarında Azərbaycan cüdoçuları iki qızıl medal qazanıblar (ƏLAVƏ OLUNUB)

Başlıq dəyişdirilib, birinci abzasda məlumat yenilənib (ilk xəbər saat 18:20-də yayılıb)

Azərbaycan, Bakı, 7 aprel /Trend, müxbir T.Hacıyev/

Türkiyənin Antalya şəhərində keçirilən Dünya Oyunlarında cümə axşamı idmançımız Tofiq Məmmədov cüdo idman növü üzrə yarışda qızıl medala layiq görülüb. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Milli Paralimpiya Komitəsinin məlumatında deyilir.

Bundan əvvəl Afaq Sultanova da cüdo üzrə yarışda qızıl medal qazanmışdı.

Cüdo üzrə yarışların ilk günündə Azərbaycan idmançıları iki çəki dərəcəsində çıxış ediblər. Nurlan İbrahimov 60 kiloqram çəkidə ilk döyüşü uduzaraq dərhal mübarizədən kənarlaşıb, Ramin İbrahimov isə yarışların bürünc mükafatçısı olub. Bayram Mustafayev 66 kiloqram çəki dərəcəsində yarımfinaladək irəliləsə də, qabırğasını zədələyib və beşinci yerlə kifayətlənməli olub. İlkin Alışev həmin çəki dərəcəsində yeddinci olub.

Atletikada isə uzunluğa tullanmada Oleq Panyutin 7 m 7 sm nəticə ilə qızıl, Vladimir Zayats isə 6 m 75 sm nəticə ilə gümüş medallar qazanıblar. Rza Osmanov 400 metr qaçışda 50.28 saniyə nəticə ilə bürünc medal qazanıb. Orxan Ramazanov 800 metr qaçışda 7-ci yeri tutub.

Yarımfinalda yarışan idmançımız Rza Osmanov 200 metr qaçışda 22.73 nəticə ilə finala vəsiqə qazanıb.

Xəbər lenti

Xəbər lenti