...

Azərbaycanda bu ilin birinci rübündə 24 avtomobil oğurlanıb

Cəmiyyət Materials 29 Aprel 2011 14:25 (UTC +04:00)
Azərbaycanda bu ilin birinci rübündə 24 nəqliyyat vasitəsinin oğurlanması faktı qeydə alınıb.
Azərbaycanda bu ilin birinci rübündə 24 avtomobil oğurlanıb

Azərbaycan, Bakı, 29 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda bu ilin birinci rübündə 24 nəqliyyat vasitəsinin oğurlanması faktı qeydə alınıb.

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev Trend-ə bildirib ki, oğurlanan avtomobillərdən 21-i tapılıb.

Onun sözlərinə görə, digər dövlətlərlə müqayisədə Azərbaycanda avtomobil oğurluğu faktlarının sayı azdır.

Hesabat dövründə axtarışda olan 62 avtomobil, 5 nəfər şəxs saxlanılıb.

Avtomobilin aqreqat növünün qeydiyyat sənədlərinin uyğunsuzluğu ilə bağlı 124 fakt aşkar edilib, materiallar araşdırılmaq üçün təhqiqat orqanlarına göndərilib.

Cari ilin birinci rübündə Azərbaycanda 13 313 avtomobil ilkin qeydiyyata alınıb, 9 866 nəfərə sürücülük vəsiqəsi verilib.

Xəbər lenti

Xəbər lenti