...

Azərbaycanın iki idmançısı dünyanın ən güclü 10 şahmatçısı sırasındadır

Cəmiyyət Materials 2 May 2011 13:18 (UTC +04:00)
Beynəlxalq Şahmat Federasiyası (FİDE) yeni reytinq cədvəlini açıqlayıb.
Azərbaycanın iki idmançısı dünyanın ən güclü 10 şahmatçısı sırasındadır

Azərbaycan, Bakı, 2 may /Trend, müxbir T.Hacıyev/

Beynəlxalq Şahmat Federasiyası (FİDE) yeni reytinq cədvəlini açıqlayıb. Trend-in FİDE-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, Azərbaycanın iki şahmatçısı - Şəhriyar MəmmədyarovVüqar Həşimov ilk "onluq"da yer alıb.

Ən yaxşı 100 şahmatçı sırasında isə Məmmədyarov və Həşimovla yanaşı, Teymur Rəcəbov Rauf Məmmədovun da adları var. Beləliklə, Məmmədyarov 2772 xalla 9-cu, Həşimov 2760 xalla 10-cu, Rəcəbov 2744 xalla 13-cü, Məmmədov isə 2679 xalla 62-ci yerdə qərarlaşıblar.

Dünyanın ən güclü şahmatçılarının reytinq siyahısına hindistanlı Vişvanatan Anand başçılıq edir. Onun aktivində 2817 xal var. İkinci yerdə norveçli Maqnus Karlsen (2815) yer alıb.

Xəbər lenti

Xəbər lenti