...

Əcnəbilər Azərbaycanın folklor nümunələrindən istifadəyə görə pul ödəyəcəklər

Cəmiyyət Materials 2 May 2011 16:05 (UTC +04:00)
Trend-in məlumatına görə, Milli Məclisin Mədəniyyət Komitəsi bazar ertəsi "Azərbaycanın folklor nümunələrinin hüquqi qorunması haqqında" qanuna əlavə və dəyişiklikləri müzakirə edib.
Əcnəbilər Azərbaycanın folklor nümunələrindən istifadəyə görə pul ödəyəcəklər

Azərbaycan, Bakı, 2 may /Trend, müxbir M.Əliyev/

Xarici ölkələrin vətəndaşları Azərbaycanın folklor nümunələrindən istifadə etdiklərinə görə pul ödəməli olacaqlar.

Trend-in məlumatına görə, Milli Məclisin Mədəniyyət Komitəsi bazar ertəsi "Azərbaycanın folklor nümunələrinin hüquqi qorunması haqqında" qanuna əlavə və dəyişiklikləri müzakirə edib.

"Təklif olunan əlavələrə görə, xarici ölkələrin vətəndaşları olan hüquqi və fiziki şəxslər Azərbaycanın folklor nümunələrindən kommersiya məqsədləri üçün istifadə etdiklərinə görə Azərbaycan hökumətindən icazə almalı və haqq ödəməlidirlər", - komitə sədri Nizami Cəfərov iclasda bildirib.

Onun sözlərinə görə, bu nümunələrdən istifadəyə görə icazə verilməsi və haqq alınması funksiyası Azərbaycan Müəllif Hüquqları Agentliyinə verilə bilər.

"Bu agentlik bu prosesə peşəkar nəzarət edə bilər", - Cəfərov deyib.

Əlavə və dəyişikliklər baxılmaq üçün parlamentin plenar iclasına təqdim edilib.

Xəbər lenti

Xəbər lenti