...

Azərbaycanlı baletmeysterin rəhbərlik etdiyi Budapeşt teatrında "Jizel" baletinin yeni quruluşda premyerası olub

Cəmiyyət Materials 2 May 2011 18:51 (UTC +04:00)
Budapest Opera və Balet Teatrında məşhur fransız bəstəkarı Adolf Adanın "Jizel" baletinin yeni quruluşda premyerası olub. Tamaşanı bu ilin əvvəlindən etibarən teatrın bədii rəhbəri vəzifəsində çalışan həmyerlimiz, baletmeyster Eldar Əliyev hazırlayıb. Bu barədə bazar ertəsi Trend-ə Azərbaycanın Budapeştdəki səfirliyindən məlumat verilib
Azərbaycanlı baletmeysterin rəhbərlik etdiyi Budapeşt teatrında "Jizel" baletinin yeni quruluşda premyerası olub

Azərbaycan, Bakı, 2 may /Trend/

Budapest Opera və Balet Teatrında məşhur fransız bəstəkarı Adolf Adanın "Jizel" baletinin yeni quruluşda premyerası olub. Tamaşanı bu ilin əvvəlindən etibarən teatrın bədii rəhbəri vəzifəsində çalışan həmyerlimiz, baletmeyster Eldar Əliyev hazırlayıb. Bu barədə bazar ertəsi Trend-ə Azərbaycanın Budapeştdəki səfirliyindən məlumat verilib.

"Jizel"in Fransa paytaxtında ilk tamaşasının 170 illiyinə həsr olunan premyera böyük uğurla keçib. Tamaşada Macarıstan dövlət və hökumət qurumlarının təmsilçiləri, Budapeştdə akkreditə olunan diplomatik korpusun nümayəndələri iştirak ediblər", - məlumatda deyilir.

Eldar Əliyev 1959-cu ildə Bakı şəhərində doğulub. Bakı Xoreoqrafiya məktəbini bitirib, Azərbaycan Dövlət Opera və Balet Teatrında çalışıb. 1980-1992-ci illərdə Leninqraddakı (Sankt-Peterburq) S.M.Kirov adına Opera və Balet Teatrının solisti olub. 1992-ci ildən ABŞ-da yaşayır. Rəhbərlik etdiyi balet truppası 2005-ci ildə bu ölkədə məşhur Azərbaycan bəstəkarı Fikrət Əmirovun "Min bir gecə" baletini tamaşaya qoyub. Hazırda Macarıstan tərəfinin dəvəti ilə Budapeşt Opera və Balet Teatrının balet üzrə bədii rəhbəri vəzifəsində çalışır.

Xəbər lenti

Xəbər lenti