...

Bu il Azərbaycanın ali və orta ixtisas məktəblərinə 110 mindən çox abituriyentin sənəd verəcəyi proqnozlaşdırılır

Cəmiyyət Materials 3 May 2011 16:27 (UTC +04:00)
Bu il də I və III ixtisas qruplarına sənəd verənlərin sayının çox olacağı gözlənilir.
Bu il Azərbaycanın ali və orta ixtisas məktəblərinə 110 mindən çox abituriyentin sənəd verəcəyi proqnozlaşdırılır

Azərbaycan, Bakı, 3 may /Trend, müxbir İ.İsabalayeva/

Bu il Azərbaycanın ali və orta ixtisas məktəblərinə 110 mindən çox abituriyentin sənəd verəcəyi gözlənilir.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə Trend-ə bildirib ki, bu gün saat 16:00-dək ali və orta ixtisas məktəblərinə keçiriləcək qəbul imtahanlarında iştirak etmək istəyən 11 190 abituriyent artıq elekton ərizəsini təsdiqləyib. Onlardan 7804-ü Azərbaycan, 3386-sı rus bölməsi üzrə sənəd verib.

Nağızadə deyib ki, ötən il olduğu kimi, bu il də I və III ixtisas qruplarına sənəd verənlərin sayının çox olacağı gözlənilir.

Aprelin 20-dən başlayan ərizə qəbulu mayın 31-dək davam edəcək.

Rus bölməsi üzrə sənəd verənlər qəbul imtahanından əvvəl - mayın 22-də Azərbaycan dili fənnindən imtahan verəcəklər. Mayın 16-dək ərizələrini təsdiqlədə bilməyən və mayın 22-də keçiriləcək imtahanda uğur qazana bilməyən rus bölməsinin abituriyentləri mayın 26-da yenidən Azərbaycan dili fənni üzrə imtahan verə biləcəklər.

İlk qəbul imtahanı III ixtisas qrupu üzrə iyulun 3-də Bakı, Naxçıvan, Gəncə və Sumqayıtda keçiriləcək.

Xəbər lenti

Xəbər lenti