...

Azərbaycanın 3 döyüşçüsü dünya çempionatının qalibi olub

Cəmiyyət Materials 3 May 2011 19:31 (UTC +04:00)
Ukraynanın Xarkov şəhərində hərbi-idman çoxnövçülüyünün döyüş çoxnövçülüyü bölməsi üzrə dünya çempionatı keçirilib. Yarışlarda Azərbaycan, Belarus, Vyetnam, Gürcüstan, İran, Qazaxıstan, Moldova, Polşa, Rusiya, Rumıniya, ABŞ, Türkiyə və Ukraynadan 400-dən çox idmançı iştirak edib
Azərbaycanın 3 döyüşçüsü dünya çempionatının qalibi olub

Ukraynanın Xarkov şəhərində hərbi-idman çoxnövçülüyünün döyüş çoxnövçülüyü bölməsi üzrə dünya çempionatı keçirilib. Yarışlarda Azərbaycan, Belarus, Vyetnam, Gürcüstan, İran, Qazaxıstan, Moldova, Polşa, Rusiya, Rumıniya, ABŞ, Türkiyə və Ukraynadan 400-dən çox idmançı iştirak edib.

Azərbaycan idmançıları 3 qızıl, 6 gümüş və 7 bürünc medal qazanıblar. Azərbaycan yığmasının üzvləri Murad Məmmədli (95 kq, 18-25 yaş), Səlim Bayramov (75 kq, 32-38 yaş) və Sərxan Quliyev (65 kq, 16-17 yaş) çempion olublar.

Dünya çempionatında qazanılmış medalların sayına görə Ukrayna yığması birinci yeri tutub. Azərbaycan komandası ikinci, Rusiya yığması isə üçüncü olub.

Döyüş çoxnövçülüyü üzrə yarışlar pnevmatik və ya odlu silahdan güllə atıcılığı, soyuq silah işlətmədən əlbəyaxa döyüş, soyuq silah işlətməklə əlbəyaxa döyüş növləri üzrə keçirilib.

Xəbər lenti

Xəbər lenti