...

Kür çayında su sərfi azalıb

Cəmiyyət Materials 4 May 2011 10:50 (UTC +04:00)
Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) aprelin III ongünlüyündə Kür və Araz çaylarında aparılan monitorinqlərin nəticələrini açıqlayıb. Bu barədə Trend-ə nazirliyin mətbuat xidmətindən bildirilib.
Kür çayında su sərfi azalıb

Azərbaycan, Bakı, 4 may /Trend, müxbir T.Hacıyev/

Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) aprelin III ongünlüyündə Kür və Araz çaylarında aparılan monitorinqlərin nəticələrini açıqlayıb. Bu barədə Trend-ə nazirliyin mətbuat xidmətindən bildirilib.

Aprelin III ongünlüyündə Kür çayında suyun sərfi II ongünlüyə nisbətən saniyədə 382 kubmetr artaraq 837 kubmetr təşkil edib. Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayında biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olub. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini (YVQH) keçib.

Şıxlı-2 məntəqəsində suyun əsas çirkləndiricilərindən fenollar 4, mis birləşmələri 3, Ağstafaçay məntəqəsində fenollar 3, mis birləşmələri 2, Ağstafaçay su anbarında isə fenollar 2, mis birləşmələri 3 dəfə YVQH-ni keçib.

Ermənistanla transsərhəd olan Araz çayının Horadiz məntəqəsində suyun əsas çirkləndiricilərindən fenollar 3, mis birləşmələri 4, I Şahsevən məntəqəsində fenollar 3, mis birləşmələri 2, Bəhramtəpə məntəqəsində isə fenollar və mis birləşmələri 2 dəfə YVQH-ni keçib.

Suyun oksigen rejimi bütün məntəqələrdə 9,93-10,02 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.

Xəbər lenti

Xəbər lenti