...

Latviyanın birinci xanımı Azərbaycanda səfərdədir (FOTO)

Cəmiyyət Materials 10 May 2011 14:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 may /Trend, müxbir S.Ağayeva/

Latviyanın birinci xanımı Lilita Zatlere Azərbaycanda səfərdədir.

Latviyanın birinci xanımı bu gün Fəxri xiyabanı ziyarət edərək Azərbaycanın ümummilli lideri Heydər Əliyevin və görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın xatirəsini yad edib, ümummilli liderin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş Gül bayramında və Xalça Mərkəzində olub. Bu barədə çərşənbə axşamı Trend-ə Latviyanın Azərbaycandakı səfiri Hardis Baumanis məlumat verib.

Diplomat bildirib ki, ikigünlük səfər proqramına Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova ilə görüş və humanitar sahədə iki ölkə arasında əməkdaşlığın perspektivlərinin müzakirəsi daxildir.

Xəbər lenti

Xəbər lenti