...

Azərbaycan çaylarının dibindəki lil qatının təmizlənməsi üçün yeni gəmilər alınacaq

Cəmiyyət Materials 11 May 2011 14:24 (UTC +04:00)
Azərbaycan çaylarında lil qatının təmizlənməsi üçün yeni gəmilər alınacaq. Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə fövqəladə hallar naziri Kəmaləddin Heydərov deyib.
Azərbaycan çaylarının dibindəki lil qatının təmizlənməsi üçün yeni gəmilər alınacaq

Azərbaycan, Bakı, 11 may /Trend, müxbir T.Hacıyev/

Azərbaycan çaylarında lil qatının təmizlənməsi üçün yeni gəmilər alınacaq. Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə fövqəladə hallar naziri Kəmaləddin Heydərov deyib.

"Çaylarda suyun səviyyəsinin qalxması ilə bağlı problem həll olunur. Bununla əlaqədar çayların dibindəki lil qatının təmizlənməsi üçün gəmilər alınacaq. İlk gəmi bu günlərdə ölkəyə gətiriləcək. Gəmilər bütün Kür boyu fəaliyyət göstərəcək, onların vasitəsilə çayın dibi 2 metr dərinləşdiriləcək. ", - Heydərov əlavə edib.

Nazir bildirib ki, su ehtiyatlarının idarə olunmasını FHN həyata keçirir.

"İndi Migəçevir su anbarında suyun səviyyəsi 78,2 metrdir. Ötən il isə bu göstərici 82 metr olub. Su ehtiyatları əvvəlki illərdə də idarə olunurdu. Ancaq idarəetmə belə koordinasiyalı şəkildə deyildi. Bu gün Kürdə suyun səviyyəsinin artması ilə deyil, Kürboyu ərazilərdə qurunt sularının qalxması ilə bağlı problem var. Lakin daşma faktı yoxdur. Əminliklə deyə bilərik ki, bu il daşqın olmayacaq", - nazir vurğulayıb.

Heydərov bildirib ki, ötən illərdə tikilən bəndlərdə boşalmalar olduğundan, hazırda bəndbərkitmə işləri də aparılır.

Xəbər lenti

Xəbər lenti