...

Fəxri adlara layiq görülmüş mədəniyyət və incəsənət xadimləri orden və medallarla təltif ediliblər (FOTO)

Cəmiyyət Materials 11 May 2011 14:52 (UTC +04:00)
Bu gün mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkə Prezidentinin sərəncamı ilə fəxri adlara layiq görülmüş bir qrup mədəniyyət və incəsənət xadimini orden və medallarla təltif edib.
Fəxri adlara layiq görülmüş mədəniyyət və incəsənət xadimləri orden və medallarla təltif ediliblər (FOTO)

Azərbaycan, Bakı, 11 may /Trend, müxbir İ.İsabalayeva/

Bu gün mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkə Prezidentinin sərəncamı ilə fəxri adlara layiq görülmüş bir qrup mədəniyyət və incəsənət xadimini orden və medallarla təltif edib.

Trend-in məlumatına görə, mərasimdə çıxış edən Qarayev bildirib ki, bugünkü tədbirdə iştirak edən mədəniyyət və incəsənət xadimlərinin 1-i "Xalq Artısti", 5-i "Əməkdar Artist", 2-si "Əməkdar Mədəniyyət İşçisi" adına, 3-ü "Şöhrət" ordeni, 1-i "Fəxri Diplom", 3-ü "Tərəqqi" medalı, 4-ü "Dövlət qulluğunda fərqlənməyə görə" medalına layiq görülüb.

"Mədəniyyət və incəsənət xadimlərinin əməyinin bu şəkildə qiymətləndirilməsi onların yaradıcılığına müsbət təsir göstərən amillərdən biridir. Yaradıcı insanların əməyinin dövlət tərəfindən yüksək qiymətləndirilməsi ənənəsi Heydər Əliyev tərəfindən qoyulub və hazırda da davam edir", - Qarayev əlavə edib.

Nazir qeyd edib ki, Azərbaycan cəmiyyəti mədəniyyətin inkişafını yüksək qiymətləndirir. Son illər ərzində ölkədə Heydər Əliyev Fondu tərəfindən də Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı irimiqyaslı layihələr həyata keçirilib.

Qarayevin sözlərinə görə, Azərbaycan mədəniyyətinin təbliği üçün də tədbirlər görülür. Hazırda ABŞ-ın bir neçə şəhərində Azərbaycan Mədəniyyəti Günləri keçirilir. Daha sonra Küveytdə və Çində Azərbaycan Mədəniyyəti Günləri təşkil olunacaq.

Xəbər lenti

Xəbər lenti