...

Diaspora komitəsi dünya azərbaycanlılarını "Avroviziya 2011" qələbəsi münasibəti ilə təbrik edib

Cəmiyyət Materials 15 May 2011 13:56 (UTC +04:00)
Diasporla İş üzrə Dövlət Komitəsi Almaniyanın Düsseldorf şəhərinin "Esprit Arena"sında 56-cı "Avroviziya" mahnı müsabiqəsində Azərbaycanın qələbə qazanması münasibətilə хaricdə fəaliyyət göstərən diaspor təşkilatlarına təbrik edib. Trend-in Diasporla iş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinə istinadən yaydığı məlumata görə, təbrik məktubunda bildirilir ki, Azərbaycanı bu nüfuzlu beynəlxalq müsabiqədə təmsil edən Eldar Qasımov və Nigar Camal dueti 25 ölkənin təmsilçisi içərisində birinci yerə layiq görülməsi bütün xalqımızın, o cümlədən xaricdə yaşayan azərbaycanlıların uğurudur.
Diaspora komitəsi dünya azərbaycanlılarını "Avroviziya 2011" qələbəsi münasibəti ilə təbrik edib

Azərbaycan, Bakı, 15 may /Trend, müxbir T.Hacıyev/

Diasporla İş üzrə Dövlət Komitəsi Almaniyanın Düsseldorf şəhərinin "Esprit Arena"sında 56-cı "Eurovision" mahnı müsabiqəsində Azərbaycanın qələbə qazanması münasibətilə хaricdə fəaliyyət göstərən diaspor təşkilatlarına təbrik edib. Trend-in Diasporla iş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinə istinadən yaydığı məlumata görə, təbrik məktubunda bildirilir ki, Azərbaycanı bu nüfuzlu beynəlxalq müsabiqədə təmsil edən Eldar Qasımov və Nigar Camal dueti 25 ölkənin təmsilçisi içərisində birinci yerə layiq görülməsi bütün xalqımızın, o cümlədən xaricdə yaşayan azərbaycanlıların uğurudur.

Məktubda səsvermə prosesində fəal iştirak etdiklərinə və müsabiqədə Azərbaycanın qələbə qazanması üçün göstərdikləri təşəbbüslərə görə soydaşlarımıza təşəkkür ifadə edilib. Məktubda qeyd olunur ki, hələ yarışmadan əvvəl diaspor nümayəndələri müxtəlif sosial şəbəkələrdə, kütləvi informasiya vasitələrində, ictimaiyyət arasında Azərbaycan təmsilçilərini təbliğ etməyə çalışırdılar.

"Bu nəticə ilk növbədə Azərbaycan dövlətinin mədəniyyətə və incəsənə verdiyi yüksək önəmin təzahürüdür. Eyni zamanda bu həm də xalqımızın nə qədər böyük potensiala malik olduğunu, ölkəmizdə dünya miqyaslı istedadlı gənclərin yetişdiyini təsdiq edir. Bu qələbə həm də milli birliyimizin, həmrəyliyimizin nəticəsidir. "Eurovision" mahnı müsabiqəsində Azərbaycanın qələbə qazanması bir daha göstərdi ki, biz bir olanda həmrəy olanda, ən yüksək nailiyyətləri qazanmağa qadirik. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi "Bizim gücümüz bizim birliyimizdədir." - Məktubda qeyd olunub.

Azərbaycan təmsilçiləri Eldar Qasımov və Nigar Camal (Ell/Nikki) "Running Scared" mahnısı ilə "Avroviziya 2011" müsabiqəsinin qalibi olub.

Almaniyanın Düsseldorf şəhərinin "Espirit Arena" stadionunda təşkil olunan mahnı müsabiqəsini ənənəyə uyğun olaraq yarışmanın ötən ilki qalibi Lena Mayer-Landrut ifası ilə açıb. Sonra səhnəyə "Avroviziya 2011" müsabiqəsində iştirak edən 43 ölkənin bayrağı ilə qızlar səhnəyə daxil olub.

56-cı dəfə təşkil olunan yarışmanın şüarı "Feel Your Heart Beat!" (Öz ürəyinin döyüntüsünü hiss et) idi. Müsabiqənin sonunda sms- səsvermə və proffesional juri seçimi nəticəsində "Avroviziya 2011" qalibi 221 xal toplayan Azərbaycan oldu (Ell/Nikki - "Running Scared").

Yarışda ikinci yeri İtaliya (Raphael Gualazzi - "Madness Of Love" - 189 xal), üçüncü yeri İsveç (Eric Saade - "Popular" - 185 xal) tutub.

Azərbaycana müsabiqədə ən yüksək - 12 xalı Rusiya, Türkiyə və Malta, 10 xal isə Ukrayna, Yunanıstan, Xorvatiya, San-Marino, Rumıniya və Moldova veriblər.

Xəbər lenti

Xəbər lenti