...

Qafqazın din xadimləri BMT-yə müraciət ediblər

Cəmiyyət Materials 16 May 2011 14:00 (UTC +04:00)
Qafqaz Xalqları Ali Dini Şurasının bazar ertəsi Bakıda keçirilən iclasında Qafqazın müsəlman din xadimlərinin Birləşmiş Millətlər Təşkilatına birgə müraciəti qəbul edilib.
Qafqazın din xadimləri BMT-yə müraciət ediblər

Azərbaycan, Bakı, 16 may /Trend, müxbir M.Əliyev/

Qafqaz Xalqları Ali Dini Şurasının bazar ertəsi Bakıda keçirilən iclasında Qafqazın müsəlman din xadimlərinin Birləşmiş Millətlər Təşkilatına birgə müraciəti qəbul edilib.

"Qafqazın müsəlman ruhaniləri siyasi mübarizədə və millətlərarası münaqişələrdə dini ideyalardan istifadəni, eləcə də dövlətlərin daxili işlərinə müdaxiləni, bu və ya digər strateji məkana daxil olmağı yolverilməz hesab edir. Beynəlxalq əməliyyatların obyektivliyi və ədalətliliyi heç kimdə şübhə doğurmamalıdır, əks halda İkinci Dünya müharibəsi vaxtlarından dünya miqyaslı yeganə təşkilatın nüfuzu ciddi ziyan görə bilər. Məhz belə yanaşma mövcud problemlərin səbəblərinin obyektiv anlaşılmasına gətirib çıxara bilər", - müraciətdə deyilir.

"Qafqazın dini liderləri kimi, biz BMT-nin bir sıra müsəlman ölkələrinə münasibətdə bu yaxınlarda qəbul edilən qətnamə və sanksiyaları dərhal yerinə yetirildiyi halda, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində işğal olunmuş Azərbaycan topraqlarının qeydsiz-şərtsiz azad olunması haqqında dörd qətnamənin 20 il ərzində yerinə yetirilməməsindən narahatıq", - müraciətdə bildirilir.

Din xadimləri ikili yanaşma kimi heç nəyin insan etimadını sarsıtmadığını qeyd ediblər.

Müraciəti Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Hacı Allahşükür Paşazadə, Çeçenistan Respublikası, Dağıstan, Qaraçay-Çərkəz, Şimali Osetiya-Alaniya, İnquşetiya, Kabarda-Balkarıstan, Adıgey və Kalmıkiyanın müsəlman idarələrinin sədrləri və müftiləri imzalayıblar.

Xəbər lenti

Xəbər lenti