...

Gələn aydan "Eurovision-2012"-yə hazırlıqla bağlı müzakirələrə başlanacaq

Cəmiyyət Materials 17 May 2011 15:24 (UTC +04:00)
İyunun 20-də Azərbaycanın İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) "Eurovision-2012"-yə hazırlıq məqsədilə Avropa Yayım Birliyi ilə ilkin müzakirələrə başlayacaq. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə İTV-nin baş direktoru İsmayıl Ömərov bildirib.
Gələn aydan "Eurovision-2012"-yə hazırlıqla bağlı müzakirələrə başlanacaq

Azərbaycan, Bakı, 17 may /Trend, müxbir İ.İsabalayeva/

İyunun 20-də Azərbaycanın İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) "Eurovision-2012"-yə hazırlıq məqsədilə Avropa Yayım Birliyi ilə ilkin müzakirələrə başlayacaq. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə İTV-nin baş direktoru İsmayıl Ömərov bildirib.

Onun sözlərinə görə, Cenevrədə baş tutacaq görüş zamanı müsabiqənin ilk prosedur qaydaları, onun necə və harada keçiriləcəyi müzakirə ediləcək.

Ömərov Ermənistanın növbəti müsabiqədə iştirakına da münasibət bildirib.

"Biz ayrıca olaraq heç kimi müsabiqəyə dəvət etmirik. Hələ qarşıda bir il var. Ermənistanın müsabiqədə iştirak edib-etməyəcəyini bilmirəm", - Ömərov deyib.

Azərbaycan təmsilçiləri Eldar Qasımov və Nigar Camal (Ell/Nikki) "Running Scared" mahnısı ilə "Eurovision-2011" müsabiqəsinin qalibi oldu.

56-cı dəfə təşkil olunan yarışmanın şüarı "Feel Your Heart Beat!" (Öz ürəyinin döyüntüsünü hiss et) idi. Müsabiqənin sonunda sms-səsvermə və professional juri seçimi nəticəsində "Eurovision-2011"-in qalibi 221 xal toplayan Azərbaycan oldu (Ell/Nikki - "Running Scared").

Yarışda ikinci yeri İtaliya (Raphael Gualazzi - "Madness Of Love" - 189 xal), üçüncü yeri İsveç (Eric Saade - "Popular" - 185 xal) tutdu.

Azərbaycana müsabiqədə ən yüksək - 12 xalı Rusiya, Türkiyə və Malta, 10 xal isə Ukrayna, Yunanıstan, Xorvatiya, San-Marino, Rumıniya və Moldova verdilər.

Xəbər lenti

Xəbər lenti