...

DSMF-nin nümayəndə heyəti Ankarada II Beynəlxalq Sosial Müdafiə Simpoziumunda iştirak edib (FOTO)

Cəmiyyət Materials 19 May 2011 11:36 (UTC +04:00)
Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümovun başçılıq etdiyi nümayəndə heyəti Ankarada keçirilmiş II Beynəlxalq Sosial Müdafiə Simpoziumunda iştirak edib. Bu barədə cümə axşamı Trend-ə DSMF-nin İctimaiyyətlə əlaqə sektorundan məlumat verilib.
DSMF-nin nümayəndə heyəti Ankarada II Beynəlxalq Sosial Müdafiə Simpoziumunda iştirak edib (FOTO)

Azərbaycan, Bakı, 19 may /Trend/

Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümovun başçılıq etdiyi nümayəndə heyəti Ankarada keçirilmiş II Beynəlxalq Sosial Müdafiə Simpoziumunda iştirak edib. Bu barədə cümə axşamı Trend-ə DSMF-nin İctimaiyyətlə əlaqə sektorundan məlumat verilib.

Müslümov simpoziumdakı çıxışının əvvəlində bildirib ki, Almaniyanın Düsseldorf şəhərində keçirilmiş "Eurovision-2011" mahnı müsabiqəsində qalib gəlmiş gənclərimizin səhnədə qardaş Türkiyənin dövlət bayrağını dalğalandırmaları bir daha sübut etdi ki, ulu öndər Heydər Əliyevin söylədiyi kimi "Biz bir millət, iki dövlətik".

Fondun sədri ölkəmizdə son illər Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində əhalinin sosial müdafiəsi sahəsində görülən işlərdən, pensiya və müavinətlərin artırılması istiqamətindəki tədbirlərdən söhbət açıb.

Tədbirdə çıxış edən Türkiyənin əmək və sosial təhlükəsizlik naziri Ömər Dinçər bu ölkədə həyata keçirilən sosial islahatlardan ətraflı danışıb.

Simpoziumun sonunda Ömər Dinçər DSMF sədri Səlim Müslümova və Beynəlxalq Sosial Təminat Assosiasiyasının baş katibi Hans Host Konkalevskiyə plaket təqdim edib.

Azərbaycan nümayəndə heyəti simpozium çərçivəsində Türkiyə Sosial Təminat Qurumunun rəhbərliyi ilə də görüşüb, əməkdaşlığın perspektivlərini müzakirə edib.

Xəbər lenti

Xəbər lenti