...

Bakıda keçirilən qanunsuz aksiya ilə bağlı təqsirləndirilənlərdən bəziləri haqqında istintaq başa çatmaq üzrədir - Bakı şəhər prokurorluğu

Cəmiyyət Materials 20 May 2011 18:10 (UTC +04:00)
Bakı şəhər prokurorunun müavini, istintaq qrupunun rəhbəri Fazil Həsənəliyev cümə günü Trend-ə bildirib ki, həmin şəxslər barəsində cinayət işi yekunlaşaraq yaxın günlərdə məhkəməyə veriləcək.
Bakıda keçirilən qanunsuz aksiya ilə bağlı təqsirləndirilənlərdən bəziləri haqqında istintaq başa çatmaq üzrədir - Bakı şəhər prokurorluğu

Azərbaycan, Bakı, 20 may /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda aprelin 2-də keçirilən qanunsuz aksiya ilə bağlı təqsirləndirilənlərdən bəziləri haqqında istintaq hərəkətləri başa çatmaq üzrədir.

Bakı şəhər prokurorunun müavini, istintaq qrupunun rəhbəri Fazil Həsənəliyev cümə günü Trend-ə bildirib ki, həmin şəxslər barəsində cinayət işi yekunlaşaraq yaxın vaxtlarda məhkəməyə veriləcək.

Həsənəliyev bildirib ki, fakt üzrə Bakı şəhər prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.1 -ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanılıb.

Məlum cinayət işi üzrə 14 nəfər təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib.

Onlardan sonuncusu - Elnur Məcidliyə mayın 13-də ittiham elan olunub.

İstintaq qrupunun rəhbəri bildirib ki, təqsirləndirilənlərdən 2 nəfər - Ülvi Quliyev və Əhəd Məmmədli Cinayət Məcəlləsinin 233 və 315.1-ci, digərləri isə 233-cü maddəsi ilə ittiham olunur.

Həsənəliyevin sözlərinə görə, cinayət törədilməsini təşkil etmiş, yaxud cinayətdə iştirak etmiş digər şəxslər barəsində istintaq hərəkətləri davam etdirilir, zəruri sübutlar toplanılır.

Keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizalarının rəylərinə görə, qanunsuz aksiya zamanı 13 obyektə 4 344, polis avtomobillərinə 8 744, mülki avtomobillərə 1915, marşrut avtomobillərinin işinin pozulması nəticəsində müəssisələrə 5265 manat məbləğində ziyan dəyib.

Məhkəmə-tibb ekspertizasının rəyinə görə, hadisələr zamanı 24 polis əməkdaşının, 1 nəfər mülki şəxsin sağlamlığına müxtəlif dərəcəli xəsarətlər yetirilib.

Xəbər lenti

Xəbər lenti