...

"İctimai Palata"nın icazəsiz aksiyası ilə bağlı saxlanılan şəxslərin istintaqı yekunlaşmaq üzrədir

Cəmiyyət Materials 23 May 2011 20:22 (UTC +04:00)
"İctimai Palata" adlandırılan qurumun bu il aprelin 2-də keçirdiyi icazəsiz aksiya ilə bağlı Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 233 və 315.1-ci maddələri ilə başlanmış cinayət işinin istintaqı davam etdirilir
"İctimai Palata"nın icazəsiz aksiyası ilə bağlı saxlanılan şəxslərin istintaqı yekunlaşmaq üzrədir

Azərbaycan, Bakı, 23 may /Trend/

"İctimai Palata" adlandırılan qurumun bu il aprelin 2-də keçirdiyi icazəsiz aksiya ilə bağlı Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 233 və 315.1-ci maddələri ilə başlanmış cinayət işinin istintaqı davam etdirilir.

Bakı şəhər prokurorluğundan Trend-ə bildiriblər ki, istintaqın tam və obyektivliyini təmin etmək məqsədilə çoxsaylı şahidlər dindirilib, üzləşdirmələr aparılıb, müxtəlif xarakterli ekspertizalar keçirilib, zərər çəkmiş şəxslərin dairəsi, hüquqi, və fiziki şəxslərə vurulmuş ziyanın həcmi müəyyənləşdirilib, toplanmış sübutlar əsasında icazəsiz aksiyanın keçirilməsini təşkil və rəhbərlik etmiş şəxslər də daxil olmaqla, cinayətin törədilməsində xüsusi fəallığı ilə fərqlənən 14 şəxs cinayət məsuliyyətinə cəlb ediliblər.

Həmin şəxslərin bir qrupu barəsində istintaq yekunlaşmaq üzrədir. Onların barəsində yaxın vaxtlarda istintaqın tamamlanması və cinayət işinin ayrıca icraata ayrılaraq baxılması üçün məhkəməyə göndərilməsi nəzərdə tutulur.

Aksiyanın keçirilməsinin təşkilində iştirak etmiş və cinayətdə fəallığı ilə seçilən digər şəxslərin də müəyyən edilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Xəbər lenti

Xəbər lenti