...

Azərbaycan tarixinə dair portal fəaliyyətə başlayıb

Cəmiyyət Materials 26 May 2011 12:40 (UTC +04:00)
AMEA-nın Tarix İnstitunun rəsmi portalı fəaliyyətə başlayıb
Azərbaycan tarixinə dair portal fəaliyyətə başlayıb

Azərbaycan, Bakı, 26 may /Trend, müxbir İ.İsabalayeva/

AMEA-nın Tarix İnstitutunun rəsmi portalı /tarix.gov.az,istoriya.az/ fəaliyyətə başlayıb.

Trend-in məlumatına görə, institutun direktoru Yaqub Mahmudov bildirib ki, Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərən portalda Azərbaycanın qədim dövlətçiliyi, tarixi, Xocalı soyqırımı və s. barədə məlumatlar yerləşdirilib.

Onun sözlərinə görə, portal ermənilərlə informasiya müharibəsində çox mühüm əhəmiyyət daşıyacaq.

Mahmudov bildirib ki, portal vasitəsilə ermənilərin Cənubi Qafqazda guya, ən qədim xalq olması barədə söylədikləri iddialar ifşa olunacaq.

"Bu gün ermənilər deyirlər ki, onlar Cənubi Qafqazın ən qədim əhalisidir. Onların bura köçüb gəlmələrinin 180-200 illik tarixi var. Cənubi Qafqazın ən qədim əhalisi azərbaycanlılardır. Azərbaycanın 5 min illik dövlətçilik tarixi var.Ermənistan dövləti isə 1918-ci ildə yaradılıb. Bizim istiqlalımızdan sonra cümhuriyyət xadimləri beynəlxalq təzyiqlərə davam gətirməyərək İrəvan və ətrafında olan 9,5 min kvadrat kilometr ərazini ermənilərə dövlət yaratmaq və soyqırım siyasətindən əl çəkmək üçün veriblər. Amma onlar bu gün də işğalçılıq siyasətlərini davam etdirirlər", - Mahmudov vurğulayıb.

Xəbər lenti

Xəbər lenti