...

Xəzərdə nərəkimilərin ovlanmasına ən azı 10-12 il moratorium qoyulmalıdır - Azərbaycanın ekologiya naziri

Cəmiyyət Materials 27 May 2011 12:09 (UTC +04:00)
Xəzər dənizində nərəkimilərin ovlanmasına moratorium qoyulması təşəbbüskarlarından biri Azərbaycandır. Trend-in məlumatına görə, bunu cümə günü YAP-ın qərargahında keçirdiyi mətbuat konfransında Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov deyib.
Xəzərdə nərəkimilərin ovlanmasına ən azı 10-12 il moratorium qoyulmalıdır - Azərbaycanın ekologiya naziri

Azərbaycan, Bakı, 27 may /Trend, müxbir İ.İsabalayeva/

Xəzər dənizində nərəkimilərin ovlanmasına moratorium qoyulması təşəbbüskarlarından biri Azərbaycandır. Trend-in məlumatına görə, bunu cümə günü YAP-ın qərargahında keçirdiyi mətbuat konfransında Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov deyib.

Onun sözlərinə görə, Azərbaycan artıq bir necə ildir ki, bu təşəbbüslə çıxış edir.

Nazir ən azı 10-12 il moratorium qoyulmasının tərəfdarı olduğunu deyib. Bağırov hesab edir ki, yalnız bu müddətdə Xəzərdə nərəkimlərin ehtiyatı arta bilər.

Bağırov Xəzərdə balıq ovu ilə bağlı brakonyerliyin olduğunu da istisna etməyib.

Moratoriumun tətbiqi ilə əlaqədar 2011-ci il üçün Xəzəryanı ölkələrə kvotanın ayrılacağı gözlənilmir.

Xəzərin Su Bioresursları Komissiyası 1992-ci ildə 4 Xəzəryanı ölkə (Azərbaycan, Rusiya, Qazaxıstan, Türkmənistan) tərəfindən təsis edilib. 2002-ci ildə İran da bu komissiyaya qoşulub.

Komissiyanın əsas məqsədi Xəzər dənizinin su bioresurslarından davamlı və səmərəli istifadə etmək, balıq ehtiyatlarının artırılması və mühafizəsi sahəsində xüsusi tədbirlər hazırlayıb həyata keçirməkdir.

Bundan əlavə, komissiya həm də 5 Xəzəryanı ölkə arasında milli ov kvotalarının bölünməsini müəyyənləşdirir və eyni zamanda CİTES Konvensiyası Katibliyinə təsdiq üçün təqdim etmək məqsədilə nərəkimi balıqların ət və kürüsünün ixrac kvotalarının miqdarını təyin edir.

2003-2004-cü illərdə sədrlik Rusiyada, 2005-2006-ci illərdə Qazaxıstanda, 2007-2008-ci Türkmənistanda, 2009-2010-cu illərdə isə İranda olub.

Xəbər lenti

Xəbər lenti