...

Milli Məclis "Əmək pensiyaları haqqında" qanuna və Əmək Məcəlləsinə dəyişikliklərə baxacaq

Cəmiyyət Materials 31 May 2011 12:19 (UTC +04:00)
Çərşənbə axşamı Parlamentin Sosial siyasət komitəsində "Əmək pensiyaları haqqında" qanuna və Əmək Məcəlləsinə dəyişikliklər müzakirə edilib və baxılmaq üçün Milli Məclisə təqdim olunub.
Milli Məclis "Əmək pensiyaları haqqında" qanuna və Əmək Məcəlləsinə dəyişikliklərə baxacaq

Azərbaycan, Bakı, 31 may /Trend, müxbir M.Əliyev/

Çərşənbə axşamı Parlamentin Sosial siyasət komitəsində "Əmək pensiyaları haqqında" qanuna və Əmək Məcəlləsinə dəyişikliklər müzakirə edilib və baxılmaq üçün Milli Məclisə təqdim olunub.

Əmək Məcəlləsinə nəzərdə tutulmuş dəyişikliklərə əsasən, dövlət büdcəsindən maliyyələşən idarələrdə çalışan şəxslər üçün müəyyənləşdirilmiş yaş senzi elmi-tədqiqat müəssisələrində çalışan şəxslərə aid edilməyəcək.

"Əmək pensiyaları haqqında" qanuna nəzərdə tutulmuş dəyişikliklərə görə, elmi-tədqiqat və təhsil müəssisələrində 25 il iş stajına malik olan şəxslərin pensiyalarının baza hissəsinə 200 manat, və elmlər doktorları və fəlsəfə elmləri doktorlarının pensiyalarının baza hissəsinə isə 120 manat əlavə ediləcək.

Xəbər lenti

Xəbər lenti