...

Azərbaycan İslam Partiyas üzvlərinin cinayət işinə baxacaq hakim məlum olub

Cəmiyyət Materials 1 İyul 2011 15:03 (UTC +04:00)
Azərbaycan İslam Partiyasının sədri və digər üzvlərinin cinayət işinə baxacaq hakim bəlli olub.
Azərbaycan İslam Partiyas üzvlərinin cinayət işinə baxacaq hakim məlum olub

Azərbaycan, Bakı, 1 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan İslam Partiyasının sədri və digər üzvlərinin cinayət işinə baxacaq hakim bəlli olub.

Bakı Ağır Cinayətlər Məhkəməsindən Trend-ə verilən məlumata görə, cinayət işi baxılması üçün hakim Eldar İsmayılovun icraatına verilib.

Məhkəmədən verilən məlumata görə, iş üzrə hazırlıq iclasının vaxtı hələlik təyin olunmayıb.

Partiyanın sədri Mövsüm Səmədov barəsində bu il yanvarın 20-də Nəsimi rayon məhkəməsinin qərarı ilə 3 aylıq həbs qətimkan tədbiri seçilib.

İslam Partiyasının üzvlərinə qarşı Cinayət Məcəlləsinin 28, 214.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən cinayətə hazırlıq), 28, 214.2.3-cü (odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə cinayətə hazırlıq), 228.3-cü (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə), 278-ci (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) maddələri üzrə cinayət işi başlanıb.

Xəbər lenti

Xəbər lenti