...

Azərbaycan ərazisində isti hava şəraiti davam edəcək

Cəmiyyət Materials 19 İyul 2011 11:42 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən çərşənbə axşamı Trend-ə bildirilib ki, Bakıda və Abşeron yarımadasında iyulun 20-də hava şəraitinin dəyişkən buludlu, yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək.
Azərbaycan ərazisində isti hava şəraiti davam edəcək

Azərbaycan, Bakı, 19 iyul /Trend/

Azərbaycan ərazisində isti hava şəraiti davam edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən çərşənbə axşamı Trend-ə bildirilib ki, Bakıda və Abşeron yarımadasında iyulun 20-də hava şəraitinin dəyişkən buludlu, yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 21-26, gündüz 34-38 dərəcə isti təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 26-27 dərəcə olacaq.

Azərbaycanın rayonlarında iyulun 20-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam Kiçik Qafqazın bəzi ərazilərində şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 34-39, dağlarda gecə 14-18, gündüz 27-32 dərəcə isti olacaq.

Məlumata görə, yaxın 2 gündə Abşeron yarımadasında zəif küləklər üstünlük təşkil edəcək.

Temperatur rejimində mühüm dəyişiklik gözlənilmir.

Xəbər lenti

Xəbər lenti