...

Azərbaycanda Ramazan ayının başlanma tarixi açıqlanıb

Cəmiyyət Materials 25 İyul 2011 15:31 (UTC +04:00)
Azərbaycanda Ramazan ayının başlanma tarixi açıqlanıb.
Azərbaycanda Ramazan ayının başlanma tarixi açıqlanıb

Azərbaycan, Bakı, 25 iyul /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda Ramazan ayının başlanma tarixi açıqlanıb.

Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru Əyyub Quliyev bazar ertəsi Trend-ə bildirib ki, iyulun 30-da Bakı vaxtı ilə saat 23:40-da Ay doğacaq.

"Ancaq iyulun 31-də gözlə ayı görmək mümkün olmayacaq. Ona görə də Qafqaz Müsəlmanları İdarəsi bu qərara gəlib ki, Ramazan ayı avqustun 1-i olsun", - Quliyev deyib.

Rəsədxana direktoru Ramazan ayının avqustun 29-da yekunlaşacağını söyləyib.

Xəbər lenti

Xəbər lenti