...

Hidayət Orucov: Ramazan ayı qardaşlıq və vəhdət ayıdır

Cəmiyyət Materials 28 İyul 2011 13:04 (UTC +04:00)
Ramazan ayı qardaşlıq və vəhdət ayıdır. Trend-in məlumatına görə, bunu cümə axşamı QMİ-də Ramazan ayı ilə bağlı keçirilən konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov bildirib.
Hidayət Orucov: Ramazan ayı qardaşlıq və vəhdət ayıdır

Azərbaycan, Bakı, 28 iyul /Trend, müxbir T.Hacıyev/

Ramazan ayı qardaşlıq və vəhdət ayıdır. Trend-in məlumatına görə, bunu cümə axşamı QMİ-də Ramazan ayı ilə bağlı keçirilən konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov bildirib.

"Bəzi şiə məscidlərində sünnilərə Təravih namazının qılınmasına imkan verilmir. Bu, düzgün deyil. Ramazan ayı qardaşlıq və vəhdət ayıdır. Belə şeylər yolverilməzdir", - Orucov əlavə edib.

Komitə sədri Ramazan ayında azan vaxtları və digər məsələlərlə bağlı problemlərin yarandığını deyib.

"Hazırda əsas problem Ramazan Bayramının təqvimi ilə bağlıdır. Bəzi məscidlər QMİ-nin təqvimi ilə, bəziləri isə müəyyən təqvimlərlə bayramı keçirirlər. Bu da məscidlərdə azanın verilməsi və bayramın keçirilməsi ilə bağlı vaxt ayrıseçkiliyi yaradır. Bu hal Azərbaycanın bəzi bölgələrində müşahidə olunur", - Orucov qeyd edib.

Ramazan ayının ilk günü bu il miladi təqvimlə avqustun 1-də başlayır və iyul ayının 31-i niyyət gecəsidir.

Xəbər lenti

Xəbər lenti