...

Buzlu içkilər təhlükəli bakteriyalara yoluxmuş ola bilərlər

Cəmiyyət Materials 15 Sentyabr 2011 11:13 (UTC +04:00)
Buzlu içkilər təhlükəli bakteriyalara yoluxmuş ola bilərlər
Buzlu içkilər təhlükəli bakteriyalara yoluxmuş ola bilərlər

Azərbaycan, Bakı, 15 sentyabr /Trend/

Restoranlarda, barlarda və kafelərdə bir çox içkilərə əlavə olunan buz sağlamlıq üçün təhlükəlidir. Analizlər göstərir ki, hər üç müəssisədən birində müştərilərə çirkli buz verilir. Trend-in məlumatına görə, bu barədə "The Daily Mail" yazır. Britaniyanın Sağlamlığın Mühafizəsi Agentliyinin əməkdaşları buz nümunələrində tualetə getdikdən sonra ələ düşən bakteriyalar aşkar ediblər.

88 müəssisədə buz hazırlayan maşınlardan götürülən buzun testdən keçirilməsi sübut edib ki, 30 faiz hallarda gigiyena qaydalarına lazımi səviyyədə riayət olunmur. Təəccüblü deyil ki, mədə problemləri olan adamların sayı 90-cı illərlə müqayisədə 50 faiz artıb. Statistika göstərir ki, hər il Britaniyada belə hallarla bağlı 17 milyon məlumat qeydə alınır.

Ekspertlərin qiymətləndirmələrinə görə, bu nümunələrinin 30 faizi bakterioloji təhlükəsizlik tələblərinə cavab vermir və tərkibində xəstəlik törədən bakteriyaların yüksək səviyyədə olduğunu göstərir. Onların arasında enterokokların və E.coli bakteriyasının yüksək konsentrasiyası qeydə alınıb. Hər iki bakteriya insanın mədə-bağırsaq sistemində məskunlaşır və bunu nəcisdə aşkar edilən çirkli buz izləri sübut edir.

Oxşar nəticələri amerikalı mütəxəssislər də əldə ediblər.

Xəbər lenti

Xəbər lenti