...

Azərbaycanda doktoranturalar yaradılan müəssisələrinin siyahısı dəyişdirilib

Cəmiyyət Materials 16 Sentyabr 2011 12:34 (UTC +04:00)
Azərbaycan Nazirlər Kabinetinin 2010-cu il 14 dekabr tarixli 235 nömrəli qərarı ilə təsdiq edilmiş "Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və elmi təşkilatların Siyahısı"nda dəyişikliklər edilməsi haqqında qərar verib.
Azərbaycanda doktoranturalar yaradılan müəssisələrinin siyahısı dəyişdirilib

Azərbaycan, Bakı, 16 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Nazirlər Kabinetinin 2010-cu il 14 dekabr tarixli 235 nömrəli qərarı ilə təsdiq edilmiş "Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və elmi təşkilatların Siyahısı"nda dəyişikliklər edilməsi haqqında qərar verib.

Nazirlər Kabinetindən cümə axşamı Trend-ə verilən məlumata görə, bu dəyişikliklər Azərbaycan Milli Elmlər Akademiyasının və Azərbaycan Təhsil Nazirliyinin təklifləri əsasında edilib. Yeni qərara əsasən, "Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və elmi təşkilatların Siyahısı"nın "Azərbaycan Respublikasının Təhsil Nazirliyi üzrə" bölməsinə Qərb Universitetində fəlsəfə doktoru, Azərbaycan Dövlət Neft Akademiyasının nəzdindəki "Neftin, qazın geotexnoloji problemləri və kimya" Elmi-Tədqiqat İnstitutunda fəlsəfə doktoru və elmlər doktoru hazırlığı aparılması barədə əlavə edilib.

Bu il Azərbaycanda doktoranturaya qəbul ilk dəfə olaraq keçirilir. Azərbaycanda fəaliyyət göstərən ali təhsil və elmi tədqiqat müəssisələrinin doktoranturalarına sənəd qəbulu sentyabrın 1-dən başlayıb.

Doktoranturaya fəlsəfə doktoru proqramı üzrə sənəd qəbulu sentyabrın 30-dək, elmlər doktoru proqramı üzrə ilin sonunadək davam edəcək.

Azərbaycan Nazirlər Kabinetinin 1 iyul 2010-cu il tarixli qərarına uyğun olaraq, fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsili olan (ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən, yaxud təhsili ona bərabər tutulan, tibbi təhsildə isə həkim və həkim-mütəxəssis) Azərbaycan vətəndaşları müsabiqə əsasında qəbul olunacaqlar.

Elmlər doktoru proqramı üzrə doktoranturaya seçdikləri sahədə elmi və ya elmi-pedaqoji nailiyyəti olan, fundamental tədqiqatları yüksək səviyyədə aparmağa qadir və "Fəlsəfə doktoru" (elmlər namizədi) elmi (alimlik) dərəcəsi olan Azərbaycan vətəndaşları qəbul edilirlər.

Xəbər lenti

Xəbər lenti