...

Aliyə Qarayeva bədii gimnastika üzrə dünya çempionatının finalında çıxış edib (FOTO)

Cəmiyyət Materials 23 Sentyabr 2011 10:30 (UTC +04:00)
Fransanın Monpelye şəhərində London Yay Olimpiya Oyunlarına lisenziya xarakterli bədii gimnastika üzrə dünya çempionatı davam edir.
Aliyə Qarayeva bədii gimnastika üzrə dünya çempionatının finalında çıxış edib (FOTO)

Azərbaycan,Bakı, 23 sentyabr /Trend/

Fransanın Monpelye şəhərində London Yay Olimpiya Oyunlarına lisenziya xarakterli bədii gimnastika üzrə dünya çempionatı davam edir.

Trend-in məlumatına görə, cümə axşamı gürzlər və lentlə keçirilən finalda azərbaycalı gimnast Aliyə Qarayeva da çıxış edib.

Gimnast gürzlərlə 4-cü, lentlə hərəkətlərə görə isə 5-ci yeri tutub. Hər iki növ üzrə qızıl, gümüş və bürünc medalları müvafiq olaraq Yevgeniya Kanayeva, Darya Kondakova (Rusiya) və Silviya Mityeva (Bolqarıstan) qazanıblar.

Bu gün dünya çempionatında çoxnövçülük üzrə final keçiriləcək. Yarışda 24 gimnast medallarla yanaşı, daha 15 olimpiya lisenziyası qazanacaqlar. Londona vəsiqə uğrunda Aliyə Qarayeva da mübarizə aparacaq.

Xəbər lenti

Xəbər lenti