...

Ali Məhkəməsinin sədri Ukraynada səfərdə olub

Cəmiyyət Materials 23 Sentyabr 2011 17:56 (UTC +04:00)
Azərbaycan Ali Məhkəməsinin sədri Ramiz Rzayev Ukraynada səfərdə olub.
Ali Məhkəməsinin sədri Ukraynada səfərdə olub

Azərbaycan, Bakı, 23 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Ali Məhkəməsinin sədri Ramiz Rzayev Ukraynada səfərdə olub.

Ali Məhkəmədən cümə günü Trend-ə verilən məlumata görə, Ukraynada Avropa Şurasının üzvü olan dövlətlərin Ali Məhkəmə sədrlərinin "İnsan hüquqlarının milli səviyyədə müdafiəsində Ali Məhkəmənin rolu" mövzusunda "dəyirmi masa"sı keçirilib.

Avropa Şurasının üzvü olan 47 ölkənin Ali Məhkəmə sədrlərinin və ekspertlərinin iştirakı ilə keçirilən bir günlük "dəyirmi masa"da insan hüquqlarının müdafiəsi sahəsində mövcud problemlər müzakirə olunub.

"Dəyirmi masa"nın açılışında Ukrayna Ali Şurasının sədri Vladimir Litvinin, Ukrayna Ali Məhkəməsinin sədri Vasiliy Onopenkonun, Avropa İttifaqı Ali Məhkəmə sədrləri Assosiasiyasının rəhbəri, Avstriya Respublikası Ali Məhkəməsinin sədri İrmqard Qrissin nitqləri dinlənilib.

Ramiz Rzayev "Məhkəmə hakimiyyəti və dövlət hakimiyyəti sistemində Azərbaycan Respublikası Ali Məhkəməsinin yeri" mövzusunda məruzə ilə çıxış edib.

Ali Məhkəmənin sədri qeyd edib ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra demokratik, hüquqi, dünyəvi dövlət quruculuğunu özünün inkişaf yolu seçib, insan hüquqlarının və əsas azadlıqlarının müdafiəsini və təminatını ön plana çəkib.

"Bu gün respublikamız insan hüquqlarının təmin olunması naminə dünya birliyinə sıx inteqrasiyaya, Avropa ölkələri ilə dostluq və əməkdaşlıq əlaqələrinin yaradılmasına və genişləndirilməsinə xüsusi önəm verir", - Rzayev məruzəsində deyib.

Ali Məhkəmənin sədri vurğulayıb ki, ölkəmizdə aparılan demokratik proseslərin məntiqi nəticəsi olaraq Azərbaycan 2001-ci ildə Avropa Şurasına tam hüquqlu üzv qəbul edilib və bundan sonra qisa müddət ərzində bir çox Avropa konvensiyalarına qoşulub.

Xəbər lenti

Xəbər lenti