...

Azərbaycanda üç radionun, bir televiziyanın lisenziyası uzadılıb

Cəmiyyət Materials 30 Sentyabr 2011 17:34 (UTC +04:00)
Milli Televiziya və Radio Şurasının (MTRŞ) iclası keçirilib. Bu barədə cümə günü Trend-ə Şuranın mətbuat xidmətindən məlumat verilib.
Azərbaycanda üç radionun, bir televiziyanın lisenziyası uzadılıb

Azərbaycan, Bakı, 30 sentyabr /Trend, müxbir T.Hacıyev/

Milli Televiziya və Radio Şurasının (MTRŞ) iclası keçirilib. Bu barədə cümə günü Trend-ə Şuranın mətbuat xidmətindən məlumat verilib.

İclasda "Lider TV və Radio - Azərbaycan" MMC-nin radio yayımı, "Azad Azərbaycan" Teleradio Şirkətinin 106 Mhz və 106.3 Mhz tezlikləri üzrə radio yayımı, "Türkel TV" MMC-nin regional televiziya yayımı üçün xüsusi razılıq (lisenziya) müddətinin uzadılması barədə müraciətlərinə baxılıb.

MTRŞ "Televiziya və radio yayımı haqqında" qanunun 22.3-cü maddəsinin tələblərini rəhbər tutaraq "Lider TV və Radio - Azərbaycan" MMC-nin radio yayımı, "Azad Azərbaycan" Teleradio Şirkətinin 106 Mhz və 106.3 Mhz tezlikləri üzrə radio yayımı və "Türkel TV" MMC-nin regional televiziya yayımı üçün xüsusi razılıq (lisenziya) müddətinin 6 il uzadılması barədə qərar qəbul edib.

Xəbər lenti

Xəbər lenti