...

Azərbaycan İncəsənət Muzeyinə "Avropa Muzey Standartı" təqdim edilib

Cəmiyyət Materials 7 Oktyabr 2011 18:04 (UTC +04:00)
Avropa İqtisadiyyat, Sənaye və Ticarət Palatasının (European Economic Chamber of Trade, Commerce and Industry - EEIG) Direktorlar Şurasının yekdil qərarı ilə Azərbaycan Milli İncəsənət Muzeyinə "Avropa Muzey Standartı" (EUMS) verilib.
Azərbaycan İncəsənət Muzeyinə "Avropa Muzey Standartı" təqdim edilib

Azərbaycan, Bakı, 7 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Avropa İqtisadiyyat, Sənaye və Ticarət Palatasının (European Economic Chamber of Trade, Commerce and Industry - EEIG) Direktorlar Şurasının yekdil qərarı ilə Azərbaycan Milli İncəsənət Muzeyinə "Avropa Muzey Standartı" (EUMS) verilib.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən cümə günü Trend-ə verilən məlumata görə, standartın fəxri diplomu EEIG-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Nizami Piriyev tərəfindən nazir Əbülfəs Qarayevə təqdim edilib.

"Avropa Muzey Standartı" Brüsseldə yerləşən Avropa İqtisadiyyat, Sənaye və Ticarət Palatasının təyin etdiyi standart və kriteriyalara cavab verən, göstərilən muzey anlayışına uyğun gələn, keyfiyyətli muzey xidməti göstərən və peşəkar təcrübəyə malik, xüsusi məsləhətlərin mövcud olduğu seçilmiş muzeylərə verilir. Azərbaycanda Milli İncəsənət Muzeyinə verilən bu sertifikat muzeyin direktoru, professor Çingiz Fərzəliyevə təqdim ediləcək.

Azərbaycan Milli İncəsənət Muzeyi 1936-cı ildə yaradılıb. Hazırda XIX əsrin sonlarında tikilmiş iki binada yerləşir. Muzeydə Azərbaycanın, Qərbi-Avropanın, Rusiyanın və Şərq ölkələrinin müxtəlif incəsənət eksponatları nümayış etdirilir. Muzeyin ekspozisiyası tarixi xronoloji ardıcıllıqla və ölkələr üzrə təşkil edilib. Muzeyin fondu 6 bölmə - rəssamlıq, qrafika, heykəltəraşlıq, toxuma işləri, metal məhsulları, çini qablar bölmələri üzrə sistemləşdirilib. Muzeydə fondu 19-cu əsrdən başlayan xüsusi ədəbiyyatı əhatə edən kitabxana da fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti