...

Azərbaycanda rezidenturaya vakant yerlərə müsabiqənin nəticələri açıqlanıb

Cəmiyyət Materials 14 Oktyabr 2011 15:54 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2011/2012-ci tədris ili üçün rezidenturaya boş qalmış yerlərə keçirdiyi müsabiqənin nəticələrini açıqlayıb.
Azərbaycanda rezidenturaya vakant yerlərə müsabiqənin nəticələri açıqlanıb

Azərbaycan, Bakı, 14 oktyabr Trend, müxbir İ.İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2011/2012-ci tədris ili üçün rezidenturaya boş qalmış yerlərə keçirdiyi müsabiqənin nəticələrini açıqlayıb. TQDK-nın mətbuat xidmətindən cümə günü Trend-ə verilən məlumata görə, rezidentura səviyyəsinin "Müalicə işi, pediatriya" istiqaməti üzrə boş qalmış 3 yerə əlavə yerləşdirmənin nəticələri elan olunub.

Müsabiqədə iştirak etmək üçün 217 namizəd elektron ərizəsini dolduraraq təsdiqlətdirib. Müsabiqə nəticəsində aşağıda adları çəkilən şəxslər qəbul olublar:

Qəbul olmuş şəxslər tələb olunan sənədləri oktyabrın 17-dən 18-dək Səhiyyə Nazirliyinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Bu il Azərbaycanda rezidenturaya qəbul imtahanları ilk dəfə keçirilir.

Rezidenturaya qəbul imtahanları test üsulu ilə iki mərhələdə - sentyabrın 24 və 25-də keçirilib. Rezidenturaya müsabiqədə iştirak hüququ qazanan 860 namizədin 314-ü rezidenturaya qəbul olub.

Bu il rezidenturaya 316 plan yeri müəyyənləşdirilib.

Xəbər lenti

Xəbər lenti