...

Azərbaycanda ombudsmanın səlahiyyətləri artırılıb

Cəmiyyət Materials 14 Noyabr 2011 13:41 (UTC +04:00)
Azərbaycan Nazirlər Kabineti "Açıq və qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələri haqqında Nümunəvi Nizamnamə"də dəyişiklik edilməsi barədə qərar verib.
Azərbaycanda ombudsmanın səlahiyyətləri artırılıb

Azərbaycan, Bakı, 14 noyabr / Trend müxbir İ.İsabalayeva/

Azərbaycan Nazirlər Kabineti "Açıq və qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələri haqqında Nümunəvi Nizamnamə"də dəyişiklik edilməsi barədə qərar verib.

Nazirlər Kabinetindən bazar ertəsi Trend-ə verilən məlumata görə, yeni dəyişikliyə əsasən, Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) və Milli Preventiv Qrupun üzvləri istənilən vaxt, maneəsiz və əvvəlcədən xəbərdarlıq etmədən qapalı tipli təlim-tərbiyə müəssisələrinə daxil ola bilərlər.

Ombudsman və MPQ üzvlərinə həmin müəssisələrdə saxlanılan şəxslərlə, habelə müvafiq məlumatı verə biləcək istənilən digər şəxslə təkbətək və ya zəruri saydığı halda mütəxəssisin və ya tərcüməçinin iştirakı ilə görüşmək və söhbət etmək səlahiyyəti də verilib.

Bununla yanaşı, onlar həmin yerlərdə saxlanılmasının qanuniliyini təsdiq edən, həmin şəxslərlə rəftara və onların saxlanma şəraitinə aid olan bütün sənədlərlə tanış ola və surətlərini ala bilər, akt tərtib edə, həyata keçirdiyi tədbirlərin gedişini və nəticələrini protokollaşdıra bilərlər.

"Açıq və qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələri haqqında Nümunəvi Nizamnamə" Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli 65 nömrəli qərarı ilə təsdiqlənib.

Xəbər lenti

Xəbər lenti