...

Hidayət Orucov: Azərbaycanda dindən siyasi maraqlar üçün istifadə edən şəxslər var

Cəmiyyət Materials 16 Noyabr 2011 13:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 noyabr /Trend, müxbir E.Mehdiyev/

Azərbaycanda dindən şəxsi, siyasi və xarici maraqlar üçün istifadə edən şəxslər var, Trend-in məlumatına görə, bunu çərşənbə günü Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov Bakı Dövlət Universitetinin (BDU) İlahiyyat fakültəsinin tələbə və müəllim heyəti qarşısında çıxışı zamanı deyib.

Orucov hesab edir ki, Azərbaycana səviyyəli teoloqlar lazımdır. Çünki bəzən Azərbaycanda din təhrif edilir.

Komitə sədrinin sözlərinə görə, bəziləri özlərindən uydururlar ki, guya dövlətin dindən ayrı olması o deməkdir ki, dövlət dinə qarışa bilməz.

"Əlbəttə ki, bu yanlışdır. Əslində isə dövlətin dindən ayrı olması o deməkdir ki, dövlət şəriət qanunları ilə idarə oluna, din siyasiləşə bilməz" Orucov əlavə edib.

Xəbər lenti

Xəbər lenti