...

Allahşükür Paşazadə Patriarx Kirilli "Şeyxülislam ordeni" ilə təltif edib

Cəmiyyət Materials 21 Noyabr 2011 21:58 (UTC +04:00)
Bu gün Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində Moskva və bütün Rusiya Patriarxı Kirillin 65 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə iştirak etmişdir. Bu barədə bazar ertısi Trend-ə QMİ-nin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova məlumat verib.
Allahşükür Paşazadə Patriarx Kirilli "Şeyxülislam ordeni" ilə təltif edib

Azərbaycan, Bakı, 21 noyabr / Trend /

Bu gün Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində Moskva və bütün Rusiya Patriarxı Kirillin 65 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə iştirak etmişdir. Bu barədə bazar ertəsi Trend-ə QMİ-nin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova məlumat verib.


Mərasimdə çıxış edən QMİ sədri Patriarx Kirillin dinlərarası dialoq prosesinə verdiyi töhfələri xüsusi vurğulamış, onun Azərbaycan və Rusiya arasında mənəvi əlaqələrin inkişafına verdiyi önəmi yüksək dəyərləndirmiş, Patriarxın son iki il ərzində iki dəfə Azərbaycana səfər etməsini xatırlatmışdır.

Şeyxülislam Allahşükür Paşazadə Patriarx Kirillin anadan olmasının 65-ci ildönümü münasibətilə Azərbaycan və Qafqaz müsəlmanları adından "Dinlərarası və millətlərarası dialoqun inkişafına, MDB məkanında və bütün dünyada mədəni əlaqələrin möhkəmləndirilməsi, Rus Pravoslav Kilsəsi və Qafqaz Müsəlmanları İdarəsi arasında əməkdaşlığın, Rusiya Federasiyası və Azərbaycan Respublikası xalqları arasında dostluq əlaqələrinin dərinləşdirilməsi işinə verdiyi şəxsi töhfəsinə görə" Moskva və bütün Rusiya Patriarxı Kirilli "Şeyxülislam ordeni" ilə təltif etmişdir.

Xəbər lenti

Xəbər lenti