...

Əlillər arasında stolüstü idman növləri üzrə III Ümumrespublika yarışlarına start verilib

Cəmiyyət Materials 22 Noyabr 2011 18:43 (UTC +04:00)
Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Bakıda «2011-ci ildə əlillərin sosial müdafiəsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsinin Dövlət Proqramı»na uyğun olaraq, əlillər arasında stolüstü idman növləri - şahmat, dama, nərd və armrestlinq üzrə III Ümumrespublika yarışlarına start verilib.
Əlillər arasında stolüstü idman növləri üzrə III Ümumrespublika yarışlarına start verilib

Azərbaycan, Bakı, 22 noyabr /Trend/

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Bakıda "2011-ci ildə əlillərin sosial müdafiəsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsinin Dövlət Proqramı"na uyğun olaraq, əlillər arasında stolüstü idman növləri - şahmat, dama, nərd və armrestlinq üzrə III Ümumrespublika yarışlarına start verilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iki gün davam edəcək yarışların təşkili məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmri ilə Təşkilat Komitəsi yaradılıb.

Nazirlik yanında Dövlət Sosial Təminat Xidmətinin yerli struktur orqanları vasitəsilə müvafiq idman növləri üzrə yarışda iştirak edəcək 1100 nəfərdən artıq əlilin siyahıları hazırlanaraq ümumiləşdirilib. Yarışların keçirilməsi cədvəlinə uyğun olaraq, Gənclər və İdman Nazirliyinin yaxından köməyi ilə bu il oktyabr ayının 4-dən 20-dək respublikanın 10 bölgəsində, o cümlədən Xaçmaz, Şəki, Şamaxı, Lənkəran rayonlarında Mingəçevir, Şirvan, Gəncə, Sumqayıt, Bakı şəhərlərində və Naxçıvan MR-da zona turnirləri keçirilib.

Turnirlər nəticəsində 71 nəfər əlil idmançı final yarışında iştirak etmək hüququ qazanıb ki, onlardan 20 nəfəri Qarabağ, 4 nəfəri Çernobıl, 3 nəfəri hərbi xidmət əlili, 39 nəfəri ümumi səbəblərdən əlil, 5 nəfəri isə sağlamlıq imkanları məhdud uşaqdır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq əmri ilə final yarışlarının qaliblərinə idmanın 4 növü üzrə 22 mükafat, həmçinin sağlamlığı məhdud olan uşaqlara həvəsləndirici mükafatlar təsis edilib.

Final yarışlarında iştirak etmək üçün bölgələrdən gələn əlillərin yerləşdirilməsi məqsədilə hotellərdə yerlər sifariş verilib və digər xidmətlərin göstərilməsi üçün tədbirlər görülüb. Final yarışları şahmat, dama və nərd idman növləri üzrə Respublika Şahmat Mərkəzində, armrestlinq üzrə isə DİN-in İdman Cəmiyyətində keçirilir.

Xəbər lenti

Xəbər lenti