...

Azərbaycan hökuməti 2012-ci ildə bayramlarla əlaqədar qeyri-iş günlərini müəyyən edib

Cəmiyyət Materials 8 Dekabr 2011 13:34 (UTC +04:00)
Nazirlər Kabineti “2012-ci ildə Novruz, Ramazan, Qurban bayramları haqqında” qərar qəbul edib.
Azərbaycan hökuməti 2012-ci ildə bayramlarla əlaqədar qeyri-iş günlərini müəyyən edib

Azərbaycan, Bakı, 8 dekabr /Trend, müxbir S.Ağayeva/

Nazirlər Kabineti "2012-ci ildə Novruz, Ramazan, Qurban bayramları haqqında" qərar qəbul edib.

Nazirlər Kabinetindən cümə axşamı Trend-ə bildiriblər ki, "Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2006-cı il 8 dekabr tarixli Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 dekabr tarixli Fərmanının 2-ci hissəsinə əsasən, Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının və Qafqaz Müsəlmanları İdarəsinin məlumatına uyğun olaraq, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarı ilə 2012-ci ildə 20, 21, 22, 23, 24 mart Novruz bayramı, 19, 20 avqust Ramazan bayramı, 25, 26 oktyabr isə Qurban bayramı elan edilib.

Qanunvericiliyə uyğun olaraq, həmin günlər iş günü hesab edilmir.

Xəbər lenti

Xəbər lenti