...

Azərbaycanda Səhiyyə Məcəlləsi qəbul oluna bilər

Cəmiyyət Materials 15 Dekabr 2011 14:45 (UTC +04:00)
Azərbaycanda Səhiyyə Məcəlləsinin hazırlanmasına ehtiyac var. Bu barədə cümə axşamı Trend-ə Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib.
Azərbaycanda Səhiyyə Məcəlləsi qəbul oluna bilər

Azərbaycan, Bakı, 15 dekabr / Trend müxbir M.Əliyev/

Azərbaycanda Səhiyyə Məcəlləsinin hazırlanmasına ehtiyac var. Bu barədə cümə axşamı Trend-ə Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib.

Komitə sədri deyib ki, Azərbaycanda səhiyyə sahəsində bir-birinə oxşar bir çox qanunlar var və artıq bu qanunları bir məcəllədə toplamaq olar.

"Bunların bəzilərinin mətni əsasən bir-birini təkrarlayır", - Rəcəbli əlavə edib.

O, misal kimi Azərbaycanda mövcud "Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında" qanunu və cümə axşamı parlamentin plenar iclasına tövsiyə olunmuş "Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında" qanun layihəsini qeyd edib.

Komitə sədri, həmçinin Azərbaycanda səhiyyə sahəsində 32 qanunun olduğunu bildirərək, onların bir məcəllədə toplanmasının böyük həcmdə iş və zaman tələb etdiyini vurğulayıb.

Xəbər lenti

Xəbər lenti