...

Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı artıb

Cəmiyyət Materials 23 Yanvar 2012 11:25 (UTC +04:00)
Ötən il Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 20,9 faiz artıb.
Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı artıb

Azərbaycan, Bakı, 23 yanvar /Trend, müxbir K.Zərbalıyeva/

Ötən il Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 20,9 faiz artıb.

Fondun İctimaiyyətlə əlaqələr sektorundan Trend-ə verilən məlumata görə, hesabat dövründə əlavə olaraq 2110 nəfər əcnəbi vətəndaş qeydiyyata alınıb və nəticədə 2012-ci il yanvarın 1-i tarixinə olan statistikaya əsasən, fərdi uçot sistemindəki əcnəbilərin sayı 12 221 nəfərə çatıb.

Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyatda olan əcnəbilər, ümumilikdə 91 ölkənin vətəndaşlarını əhatə edir. Onlar arasında Тürkiyə vətəndaşları (5911 nəfər) çoxluq təşkil edir.

Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayına görə ikinci yerdə qərarlaşan Gürcüstan vətəndaşlarının sayı 1327 nəfərə yüksəlib. Üçüncü yerdə gələn Rusiya Federasiyasının vətəndaşlarının sayı isə 555 nəfər təşkil edir.

Sonrakı yerlərdə İran İslam Respublikası (334), Hindistan (250), Çin Xalq Respublikası (145), Bosniya və Hersoqovina (127), Böyük Britaniya və Şimali İrlandiya Krallığı (119), Filippin (88), Pakistan İslam Respublikası (84), Ukrayna (84), Malayziya (80), Almaniya (77), Özbəkistan (69), Qazaxıstan (62), ABŞ (55), İtaliya (54), Türkmənistan (53) və s. ölkələr gəlir.

2006-cı ilin yanvarın 1-dən Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilərin məcburi dövlət sosial sığortası ilə əhatə olunması prosesinə başlanılıb.

Hazırda dövlət sosial sığorta sistemində fərdi uçotun daha da inkişafı üçün həyata keçirilən tədbirlərin istiqamətlərindən biri kimi Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlırləri əldə edən əcnəbilərin məcburi dövlət sosial sığortası ilə əhatə olunması davam etdirilir.

Xəbər lenti

Xəbər lenti