...

Azərbaycanda 3 məhkəmə hakimi cəzalandırıldı

Cəmiyyət Materials 13 Fevral 2012 16:41 (UTC +04:00)
Məhkəmə-Hüquq Şurasından bazar ertəsi Trend-ə verilən məlumata görə, bu gün Şuranın növbəti iclası keçirilib.
Azərbaycanda 3 məhkəmə hakimi cəzalandırıldı

Azərbaycan, Bakı, 13 fevral /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda 3 məhkəmə hakimi cəzalandırılıb.

Trend-in Məhkəmə-Hüquq Şurasının saytına istinadən verdiyi məlumata görə, bu gün Şuranın növbəti iclası keçirilib.

İclasda hakimlər barədə intizam icraatlarına baxılaraq, fəaliyyətlərində kobud qanun pozuntuları, süründürməçilik, habelə korrupsiyaya şərait yaradan hallara yol verildiyinə görə Bakı şəhəri Xəzər rayon məhkəməsinin hakimi Əkrəm Qəhrəmanova, Qəbələ rayon məhkəməsinin hakimi Tofiq Məmmədova və Göycay rayon məhkəməsinin hakimi Elxan Babayevə töhmət verilib.

Xəbər lenti

Xəbər lenti